Düşmənin çox sayda hərbi texnikası məhv edildi

Oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və müxtəlif növ hərbi texnikası məhv edilib. 

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Tor-M2KM” ZRK, bir ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, iki ədəd PDM-2, üç ədəd 2А36 “Qiasint-B” topu, bir ədəd KS-19 zenit topu, bir ədəd D-20 haubitsa topu, üç ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hamısını Göstər

Related Articles

Back to top button