Ədəbiyyat üzrə Nobel Mükafatı kanadalı yazıçıya verildi

2026-cı il Ədəbiyyat üzrə Nobel Mükafatı kanadalı yazıçı Enn Karsona verilib.

Polise.az xəbər verir ki, bu barədə “nobelprize.org” məlumat yayıb.

Bildirilib ki, bu ona “klassik ənənə ilə oynaq dialoqda müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və ixtiraçı əsərlərinə görə” verilib.

“Enn Karson bütün karyerası boyunca şeir yazmağı tərcümə işi və müxtəlif universitetlərdə dərs deməklə birləşdirib. Demək olar ki, bütün ədəbi yaradıcılığı filoloqun sözlərə olan vəsvəsəsi ilə şairin yeni məna istəyi arasındakı kəsişmə üzərində cəmləşib. O, özü də bütün əsərləri üçün sözlərin etimologiyasını başlanğıc nöqtəsi kimi müəyyən edib”, – məlumatda vurğulanıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button