Ehsan Zahidova iki yeni müavin təyin olundu
![](/wp-content/uploads/2020/07/DIN-1-780x470.jpg)
Daxili işlər orqanlarında daha iki kadr təyinatı olub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavinləri təyin ediliblər.
DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.