Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi

Milli Məclisin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunur.

İclasda Baş prokuror Kamran Əliyev və prokurorluğun əməkdaşları iştirak edir.

Qeyd edək ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.

***

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimat deputatların diqqətinə çatdırılır.

Təqdimatı Baş prokuror Kamran Əliyev təqdim edir.

***

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Hamısını Göstər

Related Articles

Back to top button