Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Əlilliyi olan şəxslərin cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyasının təmin edilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.

Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.

Layihədə əlilliyi olan şəxslərin təhsil, məşğulluq, səhiyyə, nəqliyyat və ictimai xidmətlərə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı müddəaların əksini tapması nəzərdə tutulur.

Sənəddə binaların və ictimai məkanların əlçatanlığının artırılması, informasiya və xidmətlərdən istifadəyə maneələrin aradan qaldırılması, habelə ayrı-seçkiliyin qarşısının alınması istiqamətində tədbirlər müəyyənləşdirilir.

Qanun layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının daha etibarlı qorunması və onların ictimai həyatda iştirak imkanlarının genişləndirilməsidir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button