Ərdoğan: “Avropa İttifaqı Türkiyədən qopmaq istəyir”

Polise.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfərdən əvvəl hava limanında jurnalistlərin suallarına cavabında bildirib.

O, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətə dair suala cavabında deyib: “Mənim dəyərləndirməyimi qəti olaraq bilmək istəyirsinizsə, deyə bilərəm ki, Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Avropa İttifaqının Türkiyədən qopmaq üçün addımlar atdığı halda biz də bu inkişaflara qarşı qiymətləndirmə etdikdən sonra lazım gələrsə, onunla yollarımızı ayıra bilərik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button