Ərdoğan: “Azərbaycanın ərazisi Qarabağ işğaldan azad edilib”

Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və haqq öz yerini tutub.

Polise.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Uzatdığımız dostluq əlini tutan hər kəslə bu yolda ortaq maraqlar istiqamətində addımlamaqdan məmnun olarıq. Son vaxtlar bu istiqamətdə bir çox mühüm uğurlu addımlar atmışıq”, – Ərdoğan vurğulayıb.

“Ölkəmizin ətrafında sülh və əmin-amanlıq zonası yaratmaq məqsədimizdə ciddi irəliləyişlər əldə etmişik. Regional inteqrasiya layihələri ilə əməkdaşlığımızı dərinləşdirməyə çalışdıq. Bunlara yenilərini əlavə etməyə hazırıq”, – Türkiyə lideri əlavə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button