Ərdoğan: Müharibələr regionu “barıt qoxusuna” çevirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya 5-dən böyükdür” fikrinin 13 ildir gündəmdə qaldığını bəyan edib.
Polise.az “Report”-a istinadən xəbər verir ki, Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxış edən Türkiyə lideri dünyada güc mərkəzlərinin üstünlük təşkil etdiyi bir sistemin formalaşdığını və bunun ədalətsiz olduğunu düşündüyünü bildirib.
O qeyd edib ki, bölgədə davam edən müharibələr regionu “barıt qoxusuna” çevirib və bu vəziyyət ciddi narahatlıq doğurur:
“Pakistan Prezidenti Şahbaz Şərifin təşəbbüsü ilə əldə olunan atəşkəsdən çox məmnunuq. Münaqişələrin həllində silahlar deyil, danışıqlar əsas rol oynamalıdır. Sülhə aparan yol dialoq və diplomatiyadan keçir”.
Polise.az



