Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi istefa verdi

Ermənistanda daha bir yüksək vəzifəli şəxs istefa verib. 

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəisi Eduard Martirosyan prezident Armen Sarkisyana vəzifədən azad olunmaqla bağlı ərizə yazıb.

Məlumata görə, Ermənistan mətbuatında onun istefa verəcəyi ilə bağlı şayiələr 1 aydır gəzirdi.

Qeyd edək ki, Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra etməyə başlayıb. O yalnız bu ilin martın 19-da bu vəzifəyə təyin edilmişdi. 

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close