Erməni 108 ildə ÇOXMU dəyişib? – Paşinyan bizimlə OYUN oynamır ki…

“ASAL Araştırma” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan Türkiyənin ən yaxın dostu hesab edilib. Respondentlərin 66,5%-i ölkəmizi ən yaxın dost dövlət qismində gördüyünü deyib.
Əlbəttə ki, təəccüblü deyil. Hərgah, rəqəm daha böyük ola bilərdi. Çünki söhbət faktiki “ət-dırnaq” kimi olan “bir millət – iki dövlət”dən gedir. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycan əsgərləri ilə birgə Bakını bolşevik-daşnak işğalından azad eləməsinin 108-ci ildönümü günü bu doğmalıq ikiqat rəmzi anlam daşıyır…

Qayıdaq sorğuya.
Plebissitin üzə çıxardığı dost ölkələrin siyahısında ilk beşlik belədir: Azərbaycan – 66,5%; Yaponiya – 50,2%; Çin – 48%; İtaliya – 46,7%; Rusiya – 38,4%. Türkiyə vətəndaşlarının düşmən saydığı dövlətlərin ilk beşliyi isə bu cürdür: İsrail – 83%; ABŞ – 74,6%; Yunanıstan – 61,5%; İran – 51,7%; Fransa – 48,4%…
Göründüyü kimi, düşmənlərin beşliyində Ermənistan yoxdur. Bəlkə heç “onluğa” da düşməyib. O Ermənistan ki, onun Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da (6 vilayət) konstitusion ərazi iddiası var – “Qərbi Ermənistan” uydurma ifadəsi altında. Və bu, təxminən 187 min kv km-lik bir ərazidir – 6 indiki Ermənistan boyda!
Həmçinin, son illərin pozitiv abı-havasına rəğmən, Türkə nifrət erməni toplumunda güclü olaraq qalır. Ölkənin ərazisini büsbütün terrorçu-başkəsənlərə qoyulmuş abidələr (tayqulaq Andranik Ozanyan, Qaregin Nijde, “Nemezis” kompleksi və s.) bəzəyir və onların hamısı bu gün də ziyarət məkanlarıdır. Saxta “soyqırımı” iddiası və ona İrəvanın mərkəzində qoyulmuş uydurma “xatirə” kompleksi də öz yerində.

Doğrudur, Paşinyan hökuməti qondarma “genosid” məsələsini xarici siyasətin prioritetləri sırasından çıxarıb. Lakin ümumən cəmiyyət haqda bunu söyləmək qeyri-mümkündür. 7 iyun seçkiləri də göstərdi ki, elektoratın azı 40%-i axmaq xülyalarla yaşamaqda və konstitusiyadan Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarının çıxarılmasına qarşı olan revanşistlərə ümid bəsləməkdədir…
Ötən həftəsonu Bakıdakı diplomatik korpus nümayəndələrinin azad olunmuş Qarabağa və Şərqi Zəngəzura səfərinə, orada onların alban tarixi irsi obyektləri ilə tanışlığına qonşu ölkə mediasının qəzəbli və sərsəm reaksiyası barışığın elə də yaxında olmadığını bir daha göstərdi. Qısası, ötən 108 ildə erməninin xəstə təfəkkürü müsbətə sarı bir elə transformasiya olmayıb.
Acı gerçəklik belədir ki, bu toplumun mühüm hissəsi “axırıncı türk kar, kor və lal da olsa, öldürülməlidir” deyən Njde aşiqi olaraq qalır. Elə isə nədən Ermənistan düşmən “beşlikdə” yoxdur? Bəlkə Türkiyədə o, ciddi düşmən-rəqib hesab edilmir? Amma zaman və faktlar sübut edir ki, çörəyi dizi üstdə olan, onun-bunun əlində maşaya çevrilməyi sevən bu nanəcib və məkrli qəbiləyə heç vaxt arxa çevirmək olmaz. Nəhayət, bu o toplumdur ki, Xocalı soyqırımına görə hələ də tükü belə tərpənməyib.
Odur ki, siyasi ayıq-sayıqlıq daxil, sərvaxtlığımızı itirməməli, eyforiyaya uymamalı, “barıtımızı” həmişə quru saxlamalıyıq. Pessimizm kimi çıxmasın, ona görə ki, “qaradan artıq boyaq olmur”. Unutmayaq, hələ sülh müqaviləsi imzalanmayıb, müharibə konstitusiyası normal konstitusiya ilə əvəzlənməyib. Bu yöndə kifayət qədər yol qət edilib, amma və lakin hədəfə çatılmayıb.
Görək, zəmanənin ən yaxşı ermənisi sayılan Nikol Paşinyan bunu bacaracaqmı? Soydaşları ona imkan verəcəkmi? Onun özü necə, bizimlə oyun oynamır ki?..
Z. SƏFƏROĞLU



