Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib

Dağlıq Qarabağda gərginləşən münaqişə fonunda erməni işğalçı silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin kütləvi itkisi ilə üzləşib.

İki həftə ərzində onların S-300 “Favorit” kimi qabaqcıl kompleksləri də daxil olmaqla, qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemi vasitələrinin 80 faizi məhv edilib.

Bu barədə avia.pro-nun öz mənbələrinə istinadla yaydığı xəbərdən məlum olub.

Qeyd edilir ki, ilk günlərdə Azərbaycan həqiqətən də düşmən tərəfə məxsus onlarla pilotsuz uçuş aparatını (PUA) məhv edib. Azərbaycan ordusunun PUA-ları döyüş bölgəsini və Dağlıq Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilər, çünki erməni işğalçılarının artıq bu cür hədəflərlə mübarizə aparmaq üçün vasitəsi yoxdur.

Hamısını Göstər

Related Articles

Back to top button