Ermənilər Şuşadakı atəşfəşanlığı Xankəndidən izlədilər

8 noyabr Zəfər Günü münasibətilə Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub.

Bu atəşfəşanlıq Şuşanın yaxınlığında olan Xankəndi şəhərindən də müşahidə olunub.

Xankəndidə yaşayan ermənilər bununla bağlı görüntüləri sosial şəbəkədə yayıblar.

Bu görüntülər sözün əsl mənasında dost üçün iftixar, düşmən üçün isə gözdağına çevrilib. Belə ki, Şuşadakı atəşfəşanlıq revanşist fikirli ermənilər üçün əsl işgəncəyə çevrilib desək yanılmarıq. Bunu onların Şuşadakı atəşfəşanlığa sosial şəbəkə hesablarında verdikləri qəzəbli reaksiyalardan da anlamaq olar. 

Hamısını Göstər

Related Articles

Back to top button