Erməniləri saxlayan hərbçilərimiz ifadə verdi, casuslar üzr istədi: “Tanrı bəlamı versin”

Azərbaycan ərazisində casusluqda etməkdə ittiham olunaraq həbs edilən daha üç erməni Bakıda hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vidadi Orucəliyev dindirilib.

Şahid bildirib ki, “N” saylı hərbi hissədə xidmət edib.

“11 noyabr 2020-ci ildə Şuşa istiqamətində xidmət aparırdıq. Bu zaman iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə aparır. Biz onları saxlamağa qərar verdik. Onları sorğu-sual etdik. Onlar bizə rus dilində cavab verdilər. Biz bildik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları saxladıq, müvafiq dövlət qurumlarına verdik”- deyə şahid bildirib.

Şahid qeyd edib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlardan humanitar yardım aşkar olunmayıb: “Onların saxlandığı yerdən Xankəndi şəhərinə yol yox idi. Üzərilərdə sənədlər var idi. Onlar da erməni dilində idi. Bunlar mülki geyimdə idilər”.

Məhkəmə prosesində digər şahid iştirak etməyib. Həmin şahidlə bağlı Müdafiə Nazirliyinin arayışı məhkəməyə daxil olub. Arayışda qeyd olunub ki, “N ” saylı hərbi hissənin polkovnik -leytenantı Vüqar Abdullayev dövlət sərhədində xüsusi taprışıqlarla bağlı xidmətdə olduğundan yaxın müddətdə məhkəmədə iştirak edə bilməcəyək. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini, məhkəmədə onun ifadəsinin elan olunmasını istəyib.

Məhkəmə V. Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.

V. Abdullayev istintaqa verdiyi ifadəsində bildirib ki, 11 noyabr 2020-ci ildə Şuşa şəhərində hərbiçi yoldaşı xidmət aparan zaman Vidadi Orucəliyevlə xidmət aparan zaman iki nəfərin onların mövqelərini müşahidə etdiklərini aşkar ediblər:

“Biz onlara “dayan” əmri verdik. Onlar bizi başa düşmədilər. Onları sorğu-sual etdik. Onlar bizə rus dilində cavab verdilər. Şəxsiyyət vəsiqələrini və pasportlarından aşkar etdik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları saxladıq, müvafiq dövlət qurumlarına verdik”.

Prosesin davamında Sujyan Gevorg Rubenoviç üzr istəyərək bağışlanmasını xahiş edib.

Digər təqsirləndirilən Davtyan Davit də üzr istəyib. O, “nə etmişəmsə, Tanrı mənim cəzamı versin” deyərək fikrini tamamlayıb.

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığı elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib. 

İttihama yazılır ki, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq edib. Təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar.

Həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürülüblər.

2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.

Hamısını Göstər

Related Articles

Back to top button