Ermənilərin “qara bazar”dan aldığı və Qarabağda istifadə etdiyi silahlar

“Ermənistan dünya silah “qara bazar”ında xüsusi yol oynayıb. Onların müxtəlif rəhbər şəxslərinə məxsus şirkətlər, son olaraq isə Nikol Paşinyana bağlı şirkətlərin həm Rusiya, həm İordaniya, həm də Serbiya ilə müəyyən ticarət əlaqələri aşkar edilmişdi. Ötən aylarda bununla bağlı faktlar ortaya çıxdı. Hətta silahların mülki aviasiyaya məxsus təyyarələrdən istifadə olunaraq daşınması da var”.

BAKU.WS xəbər verir ki, bu sözləri hərbi ekspert Rəşad Süleymanov bildirib. 

Onun sözlərinə görə, bir silahın alınması və ölkələrə gətirilməsi üçün çox sayda sənədlər, icazələr və sertifikatlar tələb olunur: “Bu gün Ermənistan ordusunu analiz etdikdə nəzarətsiz zonadakı əsgərlərdə görürük ki, Fransa və İngiltərə istehsalı olan snayper tüfənglər, Serbiya istehsalı olan “Zastava” snayper tüfəngləri var. Eləcə də mülki əhalinin vurulmasında Serbiya istehsalı olan “G-2000” (122 millimetrlik) raketlərdən istifadə olunur. Ən son kadrlarda Hadrut istiqamətində Avstriya istehsalı olan “SSG 08” snayper tüfənglərinin görüntülərinə rast gəldik. Hətta Serbiya istehsalı olan hava hücumundan müdafiə topları da var idi.

Bunlar adətən “qara bazar”dan əldə olunur. Ermənilərin hətta Ağ Evin belə “qara siyahı”sında olan Balkanlarda yaşayan silah tacirləri ilə əlaqələri sübuta yetirilib. Ermənistan adı ilə alınan silahlar işğal altında olan Dağlıq Qarabağdakı separatçı, terrorçu birləşmələrə ötürülür”.

“SSG 08” snayper

“G-2000” (122 millimetr çaplı) raket

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button