Ermənistan baş prokurorunun erməni tarixçilərdən qat-qat artıq həyasızlığı – “Azərbaycanın Arsaxa təcavüzü və 40 cinayət işi”…

Şəmsəddin Əliyev: “Ermənistanın baş prokuroru Türkdilli Dövlətlərin Baş Prokurorları Şurasının yaradılmasından əndişəyə düşdüyü üçün yalandan hay-küy salır və hansısa qondarma “cinayət işi”ndən danışır”

Atalar doğru deyib ki, oğru elə bağırdı doğrunun bağrı yarıldı. Ermənistan özü təcavükar olduğu və Azərbaycana qarşı hər cür müharibə cinayətləri törətdiyi, mülkü əhalini belə kütləvi qətlə yetirməkdən çəkinmədiyi halda Azərbaycana qarşı hədyanlar yağdırır. Ermənistanın saxta tarixçilərinin iddialarını, yalanlarını indi də dövlət rəsmiləri təkrarlayır. Azərbaycana qarşı elə gülməli, əsassız, hüquqi cəhətdən əsası olmayan iddialar irəli sürürlər ki, adam bundan dəhşətə gəlir.

Ermənistanın baş prokuroru Artur Davtyan Ermənistanın Birinci kanalına müsahibəsində cəfəngiyyat dolu açıqlamalar verib. O, “Azərbaycanın “Artsax”a “təcavüz” faktı üzrə 40-a yaxın şəxs axtarışa verilib” deyib. Ermənistan baş prokurorunun cəfəngiyyatı bununla bitmir, həmçinin iddia edib ki, guya 27 sentyabr 2020-ci il tarixində “Azərbaycan-Türkiyə və muzdlu terrorçuların başlatdığı” müharibənin ilk günlərindən hər bir hadisəyə “hüquqi qiymət verilib”.

Baş pokuror yalandan iddia edib ki, guya bu gün “cinayət işləri üzrə” əldə edilmiş “sübutlar əsasında” Ermənistanda bir neçə istiqamətdə “müvafiq cinayət təqibi aparılır”. Ermənistanın özünün Azərbaycanın mülki əhalisini, şəhər və kəndlərini qadağan olunmuş silahlardan atəşə tutduğunu, nəticədə onlarla evin, yaşayış binasının dağıldığını, saysız insanın öldüyünü unudan baş prokuror Azərbaycanı “təcavüzkar müharibədə”, “beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaq”da, “qadağan olunmuş silahlardan istifadə etmək”də ittiham edir. Təbii ki, bunlar hamsısı əsassızdır və heç bir fakta söykənmir. Saxtkarlığı dövlət siyasətinə çevirən Ermənistanın özünün müharibə qaydalarını hər addımbaşı pozduğu, Azərbaycanın tarix-mədəniyyət, dini abidələrini məhv etdiyi danılmaz faktdır və bu barədə artıq beynəlxalq qurumlara da hesabatlar, məlumatlar təqdim edilib.

Ermənistan baş prokurorunun erməni tarixçilərdən qat-qat artıq həyasızlıqla “Azərbaycanın Arsaxa təcavüzü” və 40 cinayət işi başlatdığını iddia etməsi nə deməkdir? Ermənistanın baş prokuroru bilmirmi ki, Azərbaycana qarşı irəli sürdüyü hər bir əsassız ittiham onun öz ölkəsini çıxılmaz vəziyyətə sala bilər?

Əvvəla, Azərbaycan təcavüzkar ölkə deyil, özünün Ermənistanın işğalında olan ərazilərini işğaldan azad edib. İkinci tərəfdən, “Arsax” deyilən bir ərazi də yoxdur, ermənilərin yaşadığı ərazi Qarabağdır və onlar da Azərbaycan vətəndaşlarıdır.

“Bu ittihamlar həqiqətə uyğun olmadığı üçün də dünya Ermənistan baş prokurorunun haqsız iddialarını ciddi qəbul etmir”

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın baş prokroru bu cəfəngiyyatı irəli sürməklə öz dövlətini və Ermənistanda hüququn hansı vəziyyətdə olduğunu ortaya qoyur. “Bu, Ermənistan dövlətinin növbəti qeyri-ciddi, vandal siyasətinin, beynəlxalq hüququn bütün qaydalarını tapdayan sərsəm bəyanatlarının davamıdır. Yəni bu doğrudan da Ermənistan dövlətinin daxili və xarici siyasətinin məğzini ifadə edən bir sərsəmləmədir. Bu baxımdan, zaman-zaman Ermənistanın baş prokurorluğu bu cür əsassız, cəfəng, heç bir fakta, səhih mənbələrə söykənməyən bəyanatlar verib. Onların əsas məqsədi Azərbaycanın haqq davasına kölgə salmaqdır. Əsassız olaraq Azərbaycanı “təcavüzkarlıq”da ittiham edən və buna görə guya 40 “cinayət işi” açıldığını iddia edən Ermənistanın baş prokuroru bununla öz dövlətinin iç üzünü açıb ifşa edir. Bütün dünya bilir ki, Azərbaycan təcavüzkar ölkə deyil, təcavüzkar Ermənistandır, “Arsax” adlı yer yoxdur, ora Azərbaycanın tarixi torpağı, ayrılmaz parçası Qarabağdır. Qələbənin bir ilinin tamamlanmasına az qalıb və bu da Ermınistanı möhkəm qıcıqlandırır. Nə vaxtdan öz torpaqlarını işğaldan azad etmək “təcavüzkar”lıq sayılır? Azərbaycan öz torpaqlarını azad edib”.

Azərbaycanın beynəlxalq norma və prinsiplər əsasında, beynəlxalq hüququn verdiyi haqq çərçivəsində BMT-nin qətnamələrini təkbaşına icra edərək torpaqlarımızı işğaldan azad etdiyini deyən Ş.Əliyev hesab edir ki, beynəlxalq hüquq hər zaman bizimlədir. Ş.Əliyev qeyd etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün düz 30 il gözlədi, heç ATƏT-in Minsk Qrupu da bizə kömək etmədi, amma biz beynəlxalq hüququn prinsiplərinə istinad edərək öz haqqımızı bərpa etdik və ərazilərimizi işğaldan qurtardıq.

Ermənistan baş prokurorunun bu cəfəngiyatının indi meydana çıxmasının təsadüfi olmadığını deyən Ş.Əliyevin sözlərinə görə, Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı əsaslı iddialar qaldırıb, bundan möhkəm narahat olan Ermənistan isə indi yeni qondarma ittihamlar irəli sürməklə özünü təmizə çıxarmaq istəyir. Ş.Əliyev qeyd etdi ki, bu ölkəyə heç cür bəraət yoxdur, çünki Azərbaycana qarşı hər cür cinayətlər edib. “Ermənistanın baş prokurorunun bu cəfəng bəyanatı həm də qısqanclıqdan qaynaqlanır. Çünki Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası (TD) yaradılıb, artıq Bakıda şuranın ilk iclası da keçirilib. Ermənistanın baş prokuroru Türkdilli Dövlətlərin Baş Prokurorları Şurasının yaradılmasından əndişəyə düşdüyü üçün yalandan hay-küy salır və hanısa qondarma “cinayət içi”ndən danışır. Hər kəs bilir ki, Ermənistanın növbəti ittihamı Azərbaycana qarşı atılan şər və ləkədir. Bu ittihamlar həqiqətə uyğun olmadığı üçün də dünya Ermənistan baş prokurorunun haqsız iddialarını ciddi qəbul etmir. Atalarımızın bir gözəl məsəli var: “İt hürər karvan keçər”. Biz artıq Qarabağda, digər azad ərazilərimizdə dünyanı heyrətə salan işlər görürük, tikinti-quruculuq, bərpa işləri görürük, qurub yaradırıq. Dünya bunu maraqla izləyir. Belə bir zamanda Ermənistanın növbəti ittihamını heç kəs ciddiyə almır”-deyə Ş.Əliyev vurğuladı.

Hamısını Göstər

Related Articles

Back to top button