“ERMƏNİSTAN MÜHARİBƏNİ SEÇDİ…” – “Kukla oynadanlar” Paşinyana başa salıblar ki…”
Tofiq Zülfüqarov: “Laçın dəhlzini bağlamalı, separatçılara ultimatum verməliyik”
“Tezliklə yeni ildir. Amma Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması ehtimalı sıfıra enib və sürətlə mənfiyə doğru gedir. Hərbi əməliyyatların yenidən bərpa olunması getdikcə reallaşır”.
Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” səhifəsində yazıb.
Sabiq nazirin sözlərinə görə, belə nəticə Paşinyan hökumətinin sentyabrda müdafiə xərclərinin 47 faiz artırılması və Azərbaycanın Qarabağ bölgəsində qalan separatçı strukturunun maliyyələşdirilməsi barədə qərarı ilə bəlli olmuşdu: “Büdcənin təsdiqindən sonra Praqa, Soçi və Vaşinqton görüşlərinin kədərli taleyi artıq göz önündədir. Beləliklə, Ermənistan sülh əvəzinə Azərbaycanla qarşıdurmanın davam edilməsini seçdi. Daha sadə dillə desək,müharibəni!…”
T.Zülfüqarov bildirib ki, “vasitəçilər” isə gözlənildiyi kimi erməni siyasi elitasının bu seçimini dəsətklədilər: “Məhz erməni siyasi elitasının qərarını…Çünki erməni xalqı bu seçimə qarşıdır və buna qarşı olanlar ölkəni tərk edirlər. Yerdə qalanlar isə müharibə tərəfdarlarının mitinqlərini rədd edir, qatılmır, bununla marginal qüvvələrin şüarlarının onlar üçün maraqlı olmadığını nümayiş etdirirlər”.
Sabiq nazir vurğylayır ki, pərdəarxası “kukla oynadanlar” Paşinyana başa salıblar ki, onun siyasi “uzunömürlülüyü” silaha sarılmaq və bununla Ermənistanı tam milli fəlakətə aparmaq qərarından birbaşa asılıdır:“Əks təqdirdə, bunu onun əvəzinə başqası edəcək. Əminəm ki, Paşinyan yaxşı bilir: Azərbaycanla yeni qarşıdurmanın taleyi əvvəlcədən müəyyən edilib. Amma xarici “kukla oynadanlar”ı həmişə nəticə yox, regionda onları nufuzunu saxlayacaq proses maraqlandırır.
“Bu gün müdafiə xərclərinin 50 faiz artırılmasına səs verənlər aydın anlamalıdırlar ki, Azərbaycan məcbur qalıb öz leksikonundan sülhə çağırışı çıxarmalı olacaq və 2020-ci ildə bizim üçün aktual olan çağırışlarla əvəz edəcək”, – o əlavə edib.
T.Zülfüqarov sonda deyib:
“Azərbaycanın siyasi məntiqi onun milli maraqları əleyhinə yönəlmiş çağırışlara adekvat və qarşılıqlı reaksiya verməyə məcbur edir:
-Qarabağın reinteqrasiya siyasətinə “burun soxmaq” arzusu ona gətirib çıxaracaq ki, biz buna Zəngəzur istiqamətində cavab verməli olacağıq;
-Vardanyanların, balasanyanların təxribatçı ritorikasının kəsilməsi üçün biz Laçın dəhlizini bağlamalı, bundan sonra ültimatum verərək 3 gün ərzində silahı yerə qoymağı tələb etməli, yerinə yetirlməzsə 3 günlük antiterror əməliyyatı keçirməliyik;
Bütün bu qeyd etdiklərim realdır. Odur ki, fikirləşin “yoldaş ermənilər”, möhkəm fikirləşin!”.