“Ermənistan yenə də bütün dünyaya özünü təcavüzə məruz qalan ölkə kimi təqdim etməyə çalışır”

44 günlük müharibədən sonra Azərbaycanın qazandığı şanlı Qələbə təkcə Ermənistanı deyil, eləcə də onun havadarlarını çətin vəziyyətə salıb.

Təsadüfi deyil ki, bir çox beynəlxalq təşkilatlar və dövlətlər mövcud reallıqları qəbul etməkdə çətinlik çəkirlər. Onlar müxtəlif vasitələrlə Azərbaycana və onun müttəfiqlərinə siyasi təzyiqlər etməyə çalışırlar. Azərbaycan-Ermənistan sərhədindəki gərginlik və Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki erməni qanunsuz hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq pozulması məhz bölgədə davamlı sülhün olmasını istəməyən qüvvələrin revanşist addımlarının nəticəsidir.

Bölgədə dayanıqlı sülhün bərqərar olmasına hər vəchlə maneə olanlar hətta, baş verən atışmaların Azərbaycan tərəfindən həyata keçirildiyini iddia etməkdən də çəkinmirlər. Bu zaman xarici qüvvələr sarsıdıcı zərbədən hələ də ayılmayan  ermənilərdən məharətlə istifadə edirlər. Əlləri hər şeydən və hər yerdən üzülən ermənilər isə çaşqın formada alətə çevrilirlər. Əvvəllər olduğu kimi ermənilər öz cinayətlərini azərbaycanlıların üzərinə yıxmaqla beynəlxalq ictimaiyyəti öz tərəflərinə çəkmək niyyəti güdürlər.

Hamısını Göstər

Related Articles

Back to top button