Ermənistanda Rusiya və ABŞ səfirliklərini partlatmaq istəyən şəxs saxlanılıb

Ermənistanda naməlum şəxs Rusiya və ABŞ-ın bu ölkədəki səfirliklərini partlatmaqla hədələyib.

Hüquq-mühafizə orqanlarına səfirliyin partladılması hədəsi ilə edilən zəng yanvarın 25-də yerli saatla 16:50 radələrində daxil olub.  

Zəng edən şəxs polisə də hədə-qorxu gəlib.

İrəvan polisi səfirlik binalarını partlatmaqla hədələyən şəxsi artıq saxlayıb.

Hazırda hadisə ilə bağlı xüsusi araşdırmanın aparıldığı bildirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button