Ermənistanın silahlandırılmasında kimlərin marağı var?
Serbiyanın, İordaniyanın ardınca şimal qonşumuzun da Ermənistana silah ötürən ölkələrin sırasında yer alması cəmiyyətdə rezonans doğurmaya bilməzdi. Məlum oldu ki, Tovuz təxribatları zamanı Rusiya Ermənistana Qazaxıstan, Türkmənistan və İran üzərindən 400 tondan çox hərbi təyinatlı yük göndərib. Faktın ortaya çıxması ilə Prezident İlham Əliyevin birbaşa Rusiya prezidenti Vladimir Putinə zəng vuraraq məsələni aydınlaşdırmaq istəməsi isə Qarabağ məsələsində prinsipiallığımızı ortaya qoydu.
Rusiyanın işğalçını silahlandırmaqda məqsədi nədir?
Necə ola bilər ki, Rusiya münaqişənin həll olunması ilə bağlı həm ATƏT-in Minsk qrupunun üzvü olur, həm də işğalçı dövləti silahlandırır? Bu gedişat Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə konstruktiv yanaşmadığını göstərir.
Ekspertlərin fikrincə, Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri Rusiyanı narahat edib. Tovuz təxribatı zamanı rəsmi Ankaranın İrəvana ciddi və haqlı iradları Rusiyanı bölgəni itirmək qorxusu ilə üz-üzə qoyub.
Bütün hallarda Azərbaycan heç vaxt qonşu dövlətlərə hədə yarada biləcək hər hansı bir addım atmayıb. Qarşı tərəflər də Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə hörmət etməli, hədə olacaq hərəkətlərdən kənar durmalıdırlar. Özünü Azərbaycana dost və tərəfdaş dövlət adlandıranlar bunu əməldə sübut etməlidirlər. Ələlxüsus da, Rusiya və İran kimi qonşularımız münasibətlərində işğalçıya daban vermək əvəzinə, dur söyləməlidirlər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: