Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edilib

Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.

Məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bildirilir. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button