Tibb isçisi karantin qaydalarını pozdu

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım  stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil etmişdir.

Yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış və o, saxlanılaraq polis şöbəsinə gətirilmişdir.

İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirmişdir.

Hal-hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button