İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək

BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi yeni növ koronovirusla əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilmə qaydası haqqında qərar qəbul edib.

Bu barədə məlumat BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi Tvitter səhifəsində qeyd edilib.

22:29

Bu gün BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə qəbul edilib.

Bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün sosial media hesabında bildirib. O yazıb:

“COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində rəhbərliyimlə keçiriləcək. Dünya liderləri qarşılaşdığımız bu böyük problemə qarşı BMT-də toplanacaqlar. Səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla COVID-19 ilə mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə ətraflı təhlil ediləcək”.

1) BM Genel Kurulu’nun COVID-19 konulu Özel Oturumu’nun modalitelerine dair karar, bugün Genel Kurul’da üye ülkelerin büyük desteğiyle kabul edildi. Devlet/Hükümet Başkanları düzeyindeki COVID Özel Oturumu 3-4 Aralık 2020 tarihlerinde Başkanlığımda gerçekleştirilecek.#UNGA75 ?? pic.twitter.com/0Hi1nzTzXs— Volkan BOZKIR (@volkan_bozkir) November 5, 2020

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button