Etiraz aksiyasının iştirakçısı Orxan Amaşov: “Yeni tarixi proseslər müşahidə olunur”
“Yeni tarixi proseslər müşahidə edirik. Azərbaycan artıq 2020-ci ilin 10 noyabr tarixində öz ərazi bütövlüyünü bərpa etdikdən sonra faktiki əsaslarla müvəqqəti nəzarət altında olan ərazidə öz suveren hüquqlarını icra edir”.
Bu fikirləri artıq 3-cü gündür ki, davam edən Şuşa-Xankəndi yolundakı etiraz aksiyasının iştirakçısı siyasi analitik Orxan Amaşov deyib.
O qeyd edib ki, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ciddi narahatlıq var və bu, xüsusilə son 10 gündə daha da güclənib.
“Rusiya sülhməramlılarının komandanlığı ilə Azərbaycanlı ekspertlər arasında görüş oldu və orada monitorinqin keçirilməsi haqqında prinsipial razılıq əldə olundu. Lakin separatçılar buna mane oldular. Buradakı ekoaktivistlər tələb edirlər ki, Azərbaycan dövləti suveren ərazidsində öz hüquqlarını icra etsin. Onların tələbləri tamamilə legitim və əsaslıdır”, – deyə siyasi analitik əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində: