Fevral ayında ABŞ səmasında vurulan Çin şarı kəşfiyyat məlumatları toplamayıb

Fevralın əvvəlində Amerika hava məkanında vurulan Çin şarı kəşfiyyat məlumatlarını toplamayıb və Çinə ötürməyib.

Polise.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

General hesab edib ki, Çin hava şarı öz istiqamətini itirmiş ola bilər. “Uçuşun hündürlüyündə çox güclü külək var. Təyyarədə quraşdırılmış mühərrik belə həmin yüksəklikdə küləyə dözə bilməz”, – deyə Mark Milli qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button