Fevralın 24-də BMT TŞ Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) fevralın 24-də Ukrayna ilə bağlı iclas keçirəcək.

“Polise.az” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın bu ay üçün iş proqramında deyilir.

İclasın mövzusu Ukraynada sülhün və təhlükəsizliyin qorunmasıdır. Digər təfərrüatlar, o cümlədən iştirakçıların tərkibi barədə məlumat verilmir.

Qeyd edək ki, Malta fevral ayından BMT Təhlükəsizlik Şurasının sədridir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button