FHN-in Kahramanmaraşda olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Hataya yola düşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir.
Polise.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, bu çərçivədə, FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.