Flaminqo Xankəndiyə “statusu” necə “gətirəcək?” – Açıqlama

Qarabağa qayıtmış təxminən 30-35 min (separatçıbaşı Araik Arutyunyan bu rəqəmi səsləndirib) erməni hələ də ağılları çaşmış Ermənistan hakimiyyətindən xərclik üçün dram alıb o xəyallarla yaşayır ki, Qərb bunlara çömçədə “status” gətirib qarşılarına qoyacaq. Qərbin bəzi paytaxtları ermənilərin xain xislətindən də istifadə edərək, Ermənistanı aldadıb pul və yalan vəd verərək “sizin dərmanınız bizdədir, Qarabağ ermənilərinə status da alarıq, sizi qoruyarıq da” deyir.

KONKRET.az bildirir ki, Xankəndidə isə bədbəxt ermənilər hələ də bu nağıllara inanırlar, ya da özlərini inanırmış kimi göstərməyə məcburdurlar. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyevin ABŞ-ın nüfuzlu “National Interest” saytında Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin səbəbləri haqda məqaləsində göstərilir ki, əslində 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başladılan separatçı hərəkətin məqsədi “miatsum”, yəni Ermənistanla birləşmək idi. Bu hərəkət Ermənistan tərəfindən dəstəklənən irredentist bir siyasət idi və xalqların öz müqəddəratını təyini haqqını nəzərdə tutmurdu.

Mərkəz: "Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbi var" | Report.az

Müəlliflər digər səbəb kimi qeyd edirlər ki, 1923-cü ildə sovet hakimiyyəti tərəfindən muxtariyyət hüququ yalnız ermənilərə deyil, regionda yaşayan bütün xalqlara verilmişdi: “Lakin 1988-ci il fevralın 20-də keçmiş DQMV Milli Şurasında azərbaycanlıların iştirak etmədiyi bir iclasda ermənilər regiona verilən statusu sui-istifadə edərək Azərbaycan və Sovet İttifaqı Konstitusiyasına zidd olaraq ayrılma qərarı aldılar”.

Üçüncü səbəb kimi bildirilir ki, Bakı Qarabağda yaşayan ermənilərin bu tələblərinə 1991-ci ilə qədər səbr göstərərək məsələni həll etməyə çalışıb, lakin Ermənistan SSR Parlamenti 1989-cu il dekabrın 1-də DQMV-ni özünə birləşdirmək üçün qeyri-qanuni qərar qəbul edib.

“Nəticədə davam edən müzakirələrin nəticəsizliyi ermənilərin regionda yaşayan mülkü əhaliyə hücumu ilə davam etdi. Azərbaycan Parlamenti 1991-ci il noyabrın 26-da DQMV-ni ləğv etdi. Qısacası, hazırda Azərbaycan qanunlarına görə belə bir muxtar region yoxdur”.

Dördüncü səbəb olaraq qeyd edilir ki, ermənilərin iddialarının əksinə olaraq Sovet İttifaqı konstitusiyasına görə, muxtar regionların öz müqəddəratını təyin hüququ yox idi və bu hüquq, sadəcə, 15 respublikaya verilmişdi.

Beşinci, beynəlxalq hüquq Azərbaycanda yaşayan ermənilərə öz müqəddəratını təyin hüququ vermir. Çünki Azərbaycanda yaşayan ermənilərin “xalq” statusu yoxdur. Bununla birlikdə istər beynəlxalq təşkilatların aldığı qərarlar, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri” haqqında qərarı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu sübut edir.

Nəhayət, Birinci Qarabağ müharibəsindən sonra 1994-cü ildə tərəflər arasında atəşkəs sənədi imzalandı. Ondan sonra davam edən diplomatik müzakirələrdə Azərbaycana status təklifləri oldu, lakin Ermənistan tərəfi bunları qəbul etmədi. Nəticədə 2020-ci il müharibəsi yaşandı və geosiyasi reallıq dəyişdi. Artıq yeni bir statusdan söz gedə bilməz.

Bir sözlə, kifayət qədər tutarlı arqumentlərdir və hələ də reallıqdan uzaq təkliflər verən həmsədr ölkə olan ABŞ-da bu mövqenin nəşr olunması yaxşı haldır. Amma ermənilər niyə özlərini yeni oyunun peşkası etməkdən usanmırlar?

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Azərbaycan 1990-cı illərdə muxtar vilayəti ləğv etdi, amma bunu real olaraq həyata keçirə bilmədi: “Çünki torpaqlar işğalda idi və bunu reallaşdırmaq mümkün olmadı. Hətta atəşkəslə bağlı danışıqlarda onlara yüksək status təklif etmişdik, yəni buna məcbur qalmışdıq, amma razılaşmadılar, 30 il işi uzatdılar. İndi qalib gəlmişik, torpaqlar işğaldan azad edilib və deyirik ki, sizə status yoxdur. Azərbaycan Prezidenti də dedi ki, Qarabağda olan ermənilər azalırlar, indi 20-25 minə düşüb. Cəmi 25 min adama görə status verilməsinin məntiqi yoxdur”.

E.Şahinoğlu hesab edir ki, Ermənistanın statusdan danışmağa taqəti qalmayıb: “Onların başı sərhədlərə qarışıb. Qərbdən isə təxribatçı dəstək alırlar ki, möhkəm dayansınlar. Çünki Rusiyadan o dəstəyi ala bilmirlər. Moskva Bakı kimi deyir ki, delimitasiya və demarkasiya işləri reallaşsın. Onlar bundan qaçır, çünki bu halda Azərbaycanın ərazi bütövlüyünü tanımalı olacaq. Sadəcə, bu istiqamətdə çox müqavimət göstərə bilməyəcək. Qərb ermənilərə sözdə dəstək verir, Rusiya kimi müttəfiqi ona kömək etmirsə, Avropaya nə edəcək?! Üstəlik, Fransa onlara dəstək versə, Rusiya ilə Ermənistanın münasibətləri daha da pisləşəcək”.

Siyasi şərhçinin fikrincə, 1994-cü ildə Azərbaycan status təklif edəndə ermənilərin burnu göydə idi: “Onlar deyirdilər ki, biz aza razılaşa bilmərik, guya müharibədə qalib gəlmişik, istədiyimizi əldə etməliyik. Hətta deyirdilər ki, ətraf rayonlar da bizim olmalıdır. İndi uduzublar və biz status vermirik. Nəzər alın ki, ermənilər 30 il işğala öyrəşmişdilər, indi başqa vəziyyətlə qarşılaşıblar. Hazırda sərhədləri nəzarətə götürmüşük, hər şeydən – su, elektrik və digər təchizatlardan məhrum olublar, ona görə indi sərhədlərdə atəş açırlar. Necə ki, Qarabağın itirilməsi ilə barışıblar, gec-tez sərhədlərin delimitasiyası işlərinə də razılaşmalı olacaqlar”.

Hamısını Göstər

Related Articles

Back to top button