Gəncədə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə 200 sərv ağacı əkilib

Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırığına uyğun olaraq, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibətilə ağacəkmə aksiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Bayrağı küçəsində təşkil edilən aksiyada yerli iqlim şəraitinə uyğunlaşdırılmış 200 ədəd sərv ağacları əkilib, onlara xüsusi aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Qeyd edək ki, əkilən ağac tingləri MKTİB-nin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində yetişdirilib. Eyni zamanda, aksiya keçirilən əraziyə gülçülük sahəsində becərilən mövsümü gül kolları də əkilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button