General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar.

İnsan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.


*** 09:17

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

General-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button