“General Polad Həşimovun öldürülməsi ilə bağlı müşahidələr öncədən həyata keçirilib…”

General Polad Həşimov necə vurulub? Onun kordinatları öncədən düşmənə bəlli olubmu?

Sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirov general Polad Həşimovun həlak olması ilə əlaqədar LAF.TV-yə müsahibədində bildirib ki , onun hərəkət trayektoriyası izlənib. O, erməni tərəfində bu cür texnologiyaların olmadığını, kənardan onlara İRİ DÖVLƏTLƏRİN yardım etdiyini də vurğulayıb.

General Aydəmirovun dediyindən belə güman etmək olar ki, general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası peyk ailəsinin üzvü olan qonşu ölkələrin peyklərinin köməyi ilə izlənib.

Düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub.

Yeri gəlmişkən, maraqlıdır görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub?

Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların kordinatlarını müəyyən ediblər və bu kordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib.

Peyklə kordinat müəyyən edib həmin kordinata zərbə endirmək bir an məsələsidir.

Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib.

Xatırlayıram ki , məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəq. müddətində kordinatlarını peyklə müəyyən edərək SU-25-dən həmin kordinata atılan raket zərbəsi ilə öldürmüşdülər.

General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki, hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir. Aydəmirov bildirib ki, “Ali Baş komandan bu məsələni elə-belə qoymayacaq”

Mənbə
moderator.az
Hamısını Göstər

Related Articles

Back to top button