“Geri Qaytarılan Ərazilərə Qayıdışın Hüquqi Əsaslarına” dair təlim keçirilib-Foto

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 9 fərqli regionun hüquqşünasları üçün “Geri Qaytarılan Ərazilərə Qayıdışın Hüquqi Əsaslarına” dair təlim keçirilib.

Polise.az  BMT-nin İnkişaf Proqramına istinadla xəbər verir ki, Təlim “Geri Qaytarılan Ərazilərə Qayıdışın Hüquqi Əsaslarına” fokuslanıb və əsas insan haqlarını – təhlükəsizlik, əmlak və təhsil haqqı kimi məsələləri əhatə edib.

BMT-nin İnkişaf Proqramının komandasının bir hissəsi olan bu hüquqşünaslar məcburi köçkünlərə və digər həssas qruplara ödənişsiz hüquqi yardım göstərir. İndiyədək hüquqşünaslar 1604 hüquq məsələsini uğurla həll edərək, ehtiyacı olanlara dəstək verib.

Göstərdikləri yüksək peşəkarlığa görə təlimdə hüquqşünaslara BMTİP-nin təşəkkürnamələri təqdim olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button