Goranboyda polislər sakinlərə maska payladı

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısına sosial məsafənin təmin olunmasına nəzarət edir. 

Polis əməkdaşları sakinlərə  xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.

Hamısını Göstər

Related Articles

Back to top button