Güneyli soydaşlarımızdan Şuşa və digər şəhərlərin coğrafi adlarının təhrif edilməsinə etiraz

Güneyli gənclər Azərbaycan şəhərlərinin coğrafi adlarının təhrif edilməsinə etiraz ediblər.

İran mediasına istinadla xəbər verilir ki, Tehran Bələdiyyəsinin prospekt və küçələrin Azərbaycan adlarını farsca adlara dəyişməsinin ardınca Tehranda yaşayan bir qrup güney azərbaycanlı qeyrətli gənc bu siyasətə etiraz olaraq lövhələrdən fars adlarını silərək həmin küçənin divarına Azərbaycan adını yazıblar.

Bu yaxınlarda Tehran bələdiyyəsi küçələrdən birinə “Şuşi” adını verib. “Şuşi” ermənilərin Qarabağdakı “Şuşa” şəhərinə qoyduğu erməni adıdır. Azərbaycana qarşı açıq düşmənçilik məqsədi daşıyan bu təxribat addımına etiraz olaraq, Tehranda yaşayan qeyrətli türk gəncləri şəhər bələdiyyəsinin divarına şanlı “Azərbaycan” adını həkk ediblər.

Qeyd edək ki, İran hökuməti bir əsrə yaxındır ki, türkofobiya, yerlərin və bölgələrin orijinal türk adlarının silinməsi siyasəti yürüdür və bu çirkin siyasətini hələ də davam etdirir.

Hamısını Göstər

Related Articles

Back to top button