Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək
Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməyəcək.
Bu barədə bazar günü jurnalistlərə baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani bildirib.
“Gürcüstan hakimiyyəti Gürcüstan dövlətinin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək, ona görə də təbii ki, biz qarşıdurmada olan tərəflərdən birinə hərbi yardım göstərə bilməyəcəyik. Üstəlik, bildiyimə görə, bizim aldığımız belə silahların ötürülməsindən danışırıq”, – Tsulukiani bildirib.
Baş nazirin müavini əlavə edib ki, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.