Gürcüstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir.
Bu barədə AZƏRTAC-a Gürcüstan XİN-dən məlumat verilib.
Nazirliyin tviter səhifəsində də bununla bağlı paylaşım edilib.
Paylaşımda deyilir: “Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Hər hansı diplomatik nümayəndəliyə qarşı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”.