Həbsdəki icra başçısı prezidentə müraciət etdi: “Kasıbın malına göz dikməmişəm”

İmişli rayonunun həbsdə olan keçmiş icraa başçısı Vilyam Hacıyev prezidentə müraciət edib. 

Korrupsiyada ittiham olunan başçı vəkili vasitəsi ilə etdiyi müraciətdə o Qarabağ müharibəsində iştirak etdiyini və müharibə veteranı olduğunu bildirib.

“Heç bir zaman kasıbın malına göz dikməmişəm” deyən V. Hacıyev bildirib ki, əksinə maddi dəstəyə ehtiyacı olana maddi, mənəvi dəstəyə ehtiyacı olana mənəvi və xidməti köməyə ehtiyacı olana xidməti köməklik etdiyini iddia edib:

“Aydınlıq gətirmək istəyirəm ki, Xidməti dövrümdə Azərsun Holdingin, İmişli Şəkər zavodunun şəhərciyində qalmışam və orada qalarkən mənə rüşvət yox, cinayət yolu ilə əldə olunmamış, müxtəlif şəxsi imkanlarla Bayraq Muzeyinin tikintisi üçün nəzərdə tutulmuş vəsait verilmiş və həmin vəsait verilərkən video görüntü ilə çəkilmişdir”. 

Rayonda “gördüyü” işləri sadalayan V. Hacıyev “bütün bu etdiklərimdən sonra həbs olunmağım məni çox məyus edir” deyə bildirib:

“Demək olar əksəriyyət hər bir rəhbər heyətdə çalışan dövlət və özəl qurumların rəhbərlərindən narazı olan şəxslər də olur. Hal hazırda İstintaq gedir, mən çox ümid edirəm və inanıram ki, mənim də təqsirsiz olduğum sübuta yetirilər. 

2019-cu ilin yay aylarından səhhətimdə ciddi problemlər yaranmışdır. Buna dair müvafiq müayinə və həkim rəyləri məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş tibbi rəylərdən də görünür ki, mən cərrahi əməliyyat olunmalı və ya stasionar şəraitdə müalicə almalıyam. Əks təqdirdə səhhətim üçün geri dönüşü omayan ciddi fəsadlar yarana bilər. Bütün bunları nəzərə alaraq mənim hazırkı vəziyyətdə ev dustaqlığına keçirilməyim üçün aidiyyəti instansiyalara müvafiq tövsiyyələrinizi verməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm”.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button