Polis üç rayonda əməliyyat keçirdi – Həbs olunanlar var

Beyləqan rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Beyləqan rayonu, M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşayan, əvvəllər məhkum olunmuş M.İsmayılovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 1 kiloqram 750 qram tiryək aşkar edilib.

Bundan başqa, Neftçala rayon polis şöbəsi oəməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini T.Hümmətov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən D.Mənəfov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı “TOZ-8” markalı silah aşkar edilib.

Quba rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruçuq kəndində yaşayan F.Nəmətovun həyətindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button