Hərbi hissəni özbaşına tərk edən zabitlərə 300 manatadək cərimə təklif olunur

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə yeni cərimə mexanizmi müəyyənləşdirilə bilər.
Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihədə həmin şəxslərin bir gündən artıq, lakin 10 gündən çox olmayan müddətdə hərbi hissədən və ya xidmət yerindən kənarda qalmasına görə 200 manatdan 300 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiqi nəzərdə tutulur.
Tənbeh seçilərkən işin halları və pozuntunu törədən şəxsin şəxsiyyəti nəzərə alınacaq. Dəyişiklik qəbul edilərsə, bu sahədə inzibati məsuliyyətin tətbiqi qaydaları yenilənəcək.
Polise.az



