Hərbi prokurorun tələb etdiyi materiallar bir gün ərzində təqdim edilməlidir

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində hərbi prokurorun yoxlama aparması üçün tələb etdiyi icraat materiallarının təqdim olunma müddəti də müəyyənləşdirilir.
Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, inzibati xəta işi üzrə müvafiq qərarı və ya qərardadı qəbul etmiş səlahiyyətli vəzifəli şəxsdən icraat materialları tələb edildikdə, həmin sənədlər bir gün ərzində hərbi prokurora təqdim olunmalıdır.
Bu müddəa hərbi prokurorun inzibati xəta işləri üzrə qərarların qanuniliyini və əsaslılığını yoxlaması ilə əlaqədardır. Təklifin qəbul ed
Polise.az



