Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə“Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov
narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb. O, qeyd
edib ki, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində
hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür və bu cinayət
əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunurlar.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan
məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı
məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında
xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button