Hacıqabul sakini itkin düşüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Hacıqabul rayonu Navahı kənd sakini, 23 yaşlı Cəlal Tapdıqov martın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Cəlal Tapdıqovun əlamətləri belədir: arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara şalvar, qara papaq və  qara ayaqqabı olub.

Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Hamısını Göstər

Related Articles

Back to top button