Haiti prezidentinin qətlini araşdıran istintaqçılar eyni aqibətlə təhdid olundu

Haitinin öldürülən prezidenti Jovenel Moizin ölümünü araşdıran istintaq orqanları əməkdaşları təhdid olunub.

Bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, istintaqa cəlb olunan bir neçə əməkdaşın ünvanına naməlum şəxslər zəng edib, bəzilərinə isə təhdid mesajları daxil olub, ölümlə hədələnib.

İstintaqın gedişinə mane olan isə təkcə təhdidlər deyil. Belə ki, kənar şəxslərin də istintaqın gedişinə əngəl yaratdıqları, hətta onların istintaq prosesinin aparılmasından xəbərdar olduqları qeyd olunur.

Xatırladaq ki, Jovenel Moiz iyulun 7-də prezident iqamətgahına hücum zamanı öldürülüb.

Hamısını Göstər

Related Articles

Back to top button