Heqset:ABŞ düşmən silahlarının Qərb yarımkürəsində yerləşdirilməsinə imkan verməyəcək

ABŞ bölgədə hərbi dominantlığı bərpa etmək strategiyasının bir hissəsi olaraq Qərb yarımkürəsində düşmən silahlarının yerləşdirilməsinə icazə verməyəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Pit Heqset Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil edilən forumda deyib: “Biz həmçinin düşmənlərin yarımkürəmizdə qüvvələr və ya digər təhdid yaradan imkanlar yerləşdirməsinə icazə verməyəcəyik”.

O, əlavə edib ki, ABŞ bu dominantlıqdan “vətəni müdafiə etmək və bölgədəki əsas ərazilərə çıxış əldə etmək” üçün istifadə edir.

Heqsetin sözlərinə görə, ABŞ Tayvanla bağlı status-kvonu dəyişdirməyə cəhd etmək niyyətində deyil: “Biz Tayvanla bağlı status-kvonu dəyişdirməyə çalışmırıq. Hind-Sakit okean bölgəsindəki maraqlarımız əhəmiyyətli, eyni zamanda məhdud və ağlabatandır”.

Nazir qeyd edib ki, ABŞ bölgədə dominantlıq etməyə çalışmır: “Biz Çinə hakim olmaq istəmirik, əksinə, onun bizə və ya müttəfiqlərimizə hakim olmaq qabiliyyətinə malik olmamasını təmin etmək istəyirik”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button