Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək
Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək.
Polise.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, yaz sessiyası dövründə parlamentin fəaliyyətinin ən mühüm mövzusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq: “Milli Məclisin və komitələrinin yubileylə bağlı tədbirlər planları hazırlanıb. Parlamentin ulu öndərin əziz xatirəsinə həsr olunan xüsusi iclası keçiriləcək. Digər tədbirlərin də təşkili nəzərdə tutulur”.