Hikmət Hacıyev: Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var

Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var.

Polise.az  xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Politico” nəşrində dərc edilmiş “Qafqazda sülhün bərqərar edilməsi üçün hər iki tərəfə diqqət yetirin” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə Laçından daha yaxın və sürətli yollarla qida və dərman tədarükünü dəfələrlə təklif edib. Azərbaycanın təklif etdiyi bu yollar Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən məqbul hesab olunub. Bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinken də hər iki yolun dərhal və eyni vaxtda açılmasına çağırış edib. Ancaq beynəlxalq mediada yayılan xəbərlərin tam fərqli olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət və media üçün yalnız Ermənistanın qonşu Azərbaycanda yaşayan etnik ermənilərə tək və monoetnik yolla tədarük göndərməli olduğu ideyası nədənsə məqbul görünür: “Bizə deyirlər, bu ona görədir ki, bu münaqişə digərlərindən fərqlidir, bizim tariximizə görə ermənilər eyni ölkədə azərbaycanlılarla yanaşı yaşaya bilmirlər. Lakin həm bizim keçmişimiz, həm də bu günümüz bizə bunun doğru olmadığını öyrədir. 1990-cı illərin müharibəsindən əvvəl azərbaycanlılar və ermənilər Qarabağda birlikdə, dinc şəkildə yanaşı yaşayıblar. Bu gün Azərbaycanda 30 minlik güclü yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür. Gürcülər, ruslar, ukraynalılar bugünkü çoxmillətli və çoxdinli ölkəni formalaşdırır. Bu, Qarabağdakı ermənilərə də şamil olunmalıdır. Lakin Ermənistanda güclü qüvvələr var ki, vəziyyətin dəyişməsini və ya bu hekayənin tam danışılmasını istəmirlər”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button