Hikmət Hacıyev “Haber Global”a düşmənin Gəncəyə hücumundan danışdı 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev düşmənin Gəncəyə raket hücumu ilə bağlı son məlumatları çatdırıb.

O, bu hadisə ilə “Haber Global” telekanalına müsahibə verib. 

H.Hacıyev bildirib ki, humanitar atəşkəsin arxasında gizlənən Ermənistan terror və müharibə cinayətləri törədir. 

Onun sözlərinə görə, ballistik raketlər Gəncəyə Ermənistan ərazisindən atılıb.

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan Xarici İşlər Nazirliyi ümidsiz şəkildə bu dəhşətli hərbi cinayətlərə görə dövlətin məsuliyyətini inkar etməyə çalışır.

Hamısını Göstər

Related Articles

Back to top button