İLHAM ƏLİYEV BİR DAHA ERMƏNİSTANA SƏSLƏNDİA
“Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil edir”.
CNN xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib.