İlham Əliyev: “Biz böyük qayıdışın astanasındayıq”

“Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya gələn hər bir azərbaycanlı bu torpaqlara qayıtmağı arzu edir”.

Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciəti zamanı deyib.

Prezident bildirib ki, gənclərimizin hər biri işğaldan azad olunan torpaqlara qayıtmaq istəyir:

“Gənclərimiz öz dədə-baba torpaqlarına qayıdıb, oraya yeni həyat gətirəcəklər. Mənfur düşmənin dağıtdığı mədəniyyətimizi, məscidlərimizi, yaşayış binalarımızı bərpa edəcəyik”.

“Cocuq Mərcanlıya qayıdış zamanı mən xalqımızın vətən sevgisini gördüm. Gün gələcək, Cocuq Mərcanlı kimi bütün kəndlərimizi, şəhərlərimizi bərpa edəcəyik.

Biz böyük qayıdışın astanasındayıq. Azərbaycan dövləti xalqın əmin-amanlıq şəraitində yaşaması üçün əlindən gələni edəcək”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button