İlham Əliyev Ermənistanın məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının siyahısını açıqladı

Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.

Ali Baş Komandanın sözlərinə görə, müharibə başlayandan indiyədək 252 tank məhv edilib:

“53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.

Piyadaların döyüş maşınlarının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb, müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb.

Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, tank əleyhinə vasitə – 53-ü məhv edilib. 

82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS, bir TOS məhv edilib. Zenit raket kompleksləri – dörd ədəd “TOR”, 40-a yaxın “OSA”, dörd ədəd “KUB”, bir ədəd KRUQ, iki ədəd “S-125” qurğusu məhv edilib.

Altı “S-300” məhv edilib, bir aşkaretmə stansiyası, bir lokator, əməliyyat taktiki raket kompleksləri – iki “Elbrus” məhv edilib, bir “Toçka-U” məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si silah-sursatı ilə bir yerdə, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb, toplam düşmən 404 yük avtomobilindən məhrum edilib”.

Hamısını Göstər

Related Articles

Back to top button