İlham Əliyev və Mehriban Əliyeva Buzovnada yataqxana binasının açılışında

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezidentə Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verilib.

Bildirilib ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib.

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

Hamısını Göstər

Related Articles

Back to top button